- 12:24
Avropanın təxminən altı həftəlik təyyarə yanacağı ehtiyatı qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) baş direktoru Fatih Birol məlumat verib.
Birol bildirib ki, Hörmüz boğazı bağlı qalsa, tezliklə uçuşların ləğvi başlayacaq.
İranla müharibə səbəbindən strateji gəmiçilik yolunun blokadaya alınması qlobal neft tədarükünü pozub və yanacağın qiymətini sürətlə artırıb.
Fatih Birol vəziyyətin qlobal iqtisadiyyat üçün ağır nəticələri olacağını deyib.
"Bu, indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranı ola bilər" - deyə baş direktor əlavə edib.
Böhranın təsirləri hava yolu nəhənglərinin maliyyə hesabatlarında əks olunmağa başlayıb.
Hörmüz boğazında gərginlik davam edərsə, yanacaq qıtlığı ilə yanaşı, bilet qiymətlərində də ciddi artımlar gözlənilir.
Aviaşirkət nümayəndələri mart ayında iki dəfə bahalaşan yanacaq xərclərinin Pasxa bayramından sonra və yay mövsümündə sərnişinlər üçün bilet qiymətlərinin bahalaşmasına səbəb olacağını proqnozlaşdırırlar.
Şəbnəm Mehdizadə