- 12:24
İsrail 10 günlük müvəqqəti atəşkəsin qüvvəyə minməsinə baxmayaraq Livanın cənubundakı əl-Hiyam və Dibbin qəsəbələrinə hava zərbələri endirib.
E-huquq.az xəbər verir ki, Rəşeyə şəhərində və Hermon dağının (Cəbəl əl-Şeyx) qərb (cənub-şərq) yamaclarında intensiv pilotsuz uçuş aparatları fəaliyyət göstərir.
Bombardmanın nəticələri, o cümlədən maddi ziyan və ya itki olub-olmaması ilə bağlı heç bir məlumat verilməyib.
İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubundakı işğal olunmuş ərazilərdə qalacaqlarını bəyan edib.\
Şəbnəm Mehdizadə