ABŞ Nikaraquaya qarşı sanksiyaları genişləndirib


  • 12:28

ABŞ Nikaraquaya qarşı sanksiyaları genişləndirib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Belə ki, ABŞ ölkənin həmsədrlərili Daniel Orteqa və Rosario Murilyonun iki oğluna, həmçinin beş məmur və yeddi şirkətə qarşı sanksiyalar tətbiq edib.

Bildirilib ki, buna səbəb onların Amerika mülkiyyətinin milliləşdirilməsində, qanunsuz qızıl əməliyyatlarında və çirkli pulların yuyulmasında iştirak etmələridir.

Dövlət Departamenti ABŞ-nin hazırkı Nikaraqua rəhbərliyinə sanksiya təzyiqini davam etdirəcəyini vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər