Fransa ABŞ və İran arasında danışıqların davam etdirilməsini gözləyir


  • 15:00

Fransa ABŞ və İrandan İslamabadda başlayan danışıqları davam etdirəcəyini gözləyir və Tehranı ciddi güzəştlərə getməyə çağırır.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Montpelye səfəri zamanı bildirib.

“Ümid edirik ki, bu danışıqlar təkcə qlobal iqtisadiyyat üçün deyil, həm də fransızların gündəlik həyatı və bizneslərimizin fəaliyyəti üçün ciddi nəticələrə malik olan bu müharibəyə son qoymağa davam edəcək. Həll yolu tapmaq üçün məncə son dərəcə vacib və zəruridir ki, İran hakimiyyəti ciddi güzəştlərə getsin və nüvə proqramı, raket proqramı, eləcə də artıq çox uzun müddətdir Yaxın Şərqdə vəziyyəti sabitsizləşdirən qruplara dəstəyi ilə bağlı mövqeyini köklü şəkildə dəyişsin”, - Barro bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər