- 17:51
"Biz heç bir müvəqqəti atəşkəs rejimini qəbul etmirik. Çünki diplomatiyanın tükənməsi və sonra yenidən müharibəyə qayıtması üçün istifadə edilən bu pis dövrə son qoyulmalıdır".
E-huquq.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumunda söyləyib.
İran rəsmisi Hörmüz boğazının min illərdir açıq olduğunu və İranın ərazi sularının onun ərazisinin bir hissəsi olduğunu bildirib.
"İranın qərarı ilə Hörmüz boğazı tarix boyu açıq saxlanılıb. ABŞ və İsrailin səbəbsiz olaraq başlatdığı hücumlar regionda gərginliyi artırıb. Onlar bütün regionu və İranı boğmaq qərarına gəliblər. Bununla da dünya iqtisadiyyatını və qlobal iqtisadiyyatı da əzaba sürükləyiblər” - deyə Xətibzadə vurğulayıb.
Xatibzadə bu müharibənin ABŞ və İsrailin seçimi ilə başladığını qeyd edərək deyib:
“Əgər bu müharibə həmişəlik başa çatarsa və ABŞ çox ədalətli və balanslı şərtləri qəbul edərək maksimalist mövqeyindən əl çəksə, həmçinin İranın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməli olduğunu etiraf etsə, o zaman İran Hörmüz boğazında davamlı sülhə zəmanət verə bilər".
Şəbnəm Mehdizadə