- 17:51
Myanma prezidenti Min Aung Hlaing ölüm hökmlərini ömürlük həbslə əvəz edən amnistiya fərmanını imzalaypıb.
E-huquq.az xəbər verir ki, hansı məhbusların amnistiyaya daxil edildiyi barədə təfərrüatlar verilməyib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2022-ci ilə qədər ölkədə 130-dan çox adam edam cəzasına məhkum edilib.
Lakin məhkəmə sistemi qapalı olduğundan dəqiq rəqəmləri müəyyən etmək çətindir.
Myanma ordusu 2021-ci ilin fevralında dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirib və uzun illərdən sonra edamları bərpa edib.
İnsan haqları təşkilatları bildirirlər ki, edamlar daha çox çevrilişə qarşı çıxan dissidentləri hədəfləyir.
Qərar Myanmada hər il qeyd olunan Thingyan su festivalı zamanı elan edilən ümumi amnistiya çərçivəsində elan edilib.
Rəsmi açıqlamaya görə, 4300-dən çox məhbusun azadlığa buraxılması, 179 əcnəbi vətəndaşın da əfv ediləcəyi, 40 yaşa qədər bütün cəzaların altıda bir azaldılması planlaşdırılır.
2021-ci il çevrilişi Myanmada davam edən vətəndaş müharibəsinə səbəb oldu. Demokratiya tərəfdarı silahlı qruplar və etnik azlıq orduları hərbi rejimə qarşı vuruşur.
Yanvarda keçirilən və müxalifətə qadağa qoyulan seçkilər hərbiyönlü partiyaların qələbəsi ilə nəticələnib.
Min Aung Hlaing beş illik müddətə prezident seçilib.
Şəbnəm Mehdizadə