- 17:51
ABŞ prezidenti Donald Trampın İsrail və Livan arasında 10 günlük atəşkəs elan etməsindən sonra paytaxt Beyrutdakı köçkünlər Dahiyədəki evlərinə qayıtmağa başlayıb.
E-huquq.az xəbər verir ki, İsrailin hücumları nəticəsində didərgin düşən ailələr səhər tezdən öz məhəllələrinə qayıtmağa başlayıblar.
Xüsusilə Beyrutun cənubundakı Dahiyə bölgəsinə dönənlərin sayı artıb.
Hazırda qaçqınların geri qayıtması intensiv şəkildə davam edir.
Qeyd edək ki, martın 2-də İsrail ordusunun Livana hücumlarından sonra 1 milyondan çox insan Livan daxilində didərgin düşüb.
Şəbnəm Mehdizadə