- 17:51
Rusiya İsrail və Livan arasında atəşkəsi alqışlayır və ümid edir ki, tərəflər hərbi əməliyyatların təkrarlanmasının qarşısını ala biləcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz, şübhəsiz ki, atəşkəs qərarını alqışlayırıq. Ümid edirik ki, göstərilən bu günlər ərzində həqiqətən də gələcəkdə hərbi toqquşmaların təkrarlanmasının qarşısını almağa imkan verəcək razılaşmalara nail olmaq mümkün olacaq”, - Peskov bildirib.
Peskovun sözlərinə görə, atəşkəsin müddəti barədə təxmin etmək çətindir.
Xatırladaq ki, cümə günü yerli vaxtla saat 00:00-da Livanda İsraillə 10 günlük atəşkəs rejimi qüvvəyə minib. Bu barədə razılaşma respublika prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunub.
Humay Eminqızı