- 12:12
Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Çin lideri Si Cinpinlə görüşəcək.
E-huquq.az xəbər verir ki, bu barədə o "RT" telekanalına müsahibəsində bildirib.
“Bizdə yaxşı bir ənənə formalaşıb. Çinlilərin də dediyi kimi, yaxın vaxtlarda biz Çin prezidenti ilə ailəvi mühitdə görüşəcəyik", - Lukaşenko deyib.
Qeyd edək ki, Lukaşenkonun Pekin Universitetinin məzunu olan oğlu da görüşdə iştirak edəcək.
Humay Eminqızı