Lukaşenko: “Ədalət uğrunda mübarizə hər zaman mənim siyasətimin əsasını təşkil edəcək”


  • 10:36

"Ədalət uğrunda mübarizə həmişə mənim siyasətiçmin əsasını təşkil edəcək".

E-huquq.az xəbər verir ki, bu sözləri “RT” telekanalına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko kasıb ailədə böyüdüyünü və çox haqsızlıqlara üzləşdiyini bildirib.

"Ədalətsizliyi gördüyüm üçün belə bir qərara gəldim ki, ədalət uğrunda mübarizə mənim siyasətimin əsasını təşkil edəcək", - deyə A. Lukaşenko əlavə edib.

O, korrupsiyanı ədalətsizliyin göstəricisi və açıq-aşkar bir xüsusiyyəti adlandırıb və bildirib ki, bu hallar müharibələr də daxil olmaqla ən dəhşətli hadisələrin əsasını təşkil edir.

"Mən tez-tez prezident olduğum dövrü qiymətləndirirəm. Həm müsbət, həm də mənfi məqamlara nəzər salıram. Mənim ən müsbət xüsusiyyətim odur ki, hər şeyə baxmayaraq, ədalətsizliklə mübarizə hissini qoruyub saxlaya bilmişəm. Bu, mənim şüarımdır”, - Belarus prezidenti əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər