- 12:48
Türkiyənin Aksaray vilayətində zəncirvari yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, yağışlı havada idarəetməni itirən sərnişin avtobusu 10 avtomobilə çırpılıb.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Hadisə yerinə jandarma, tibb və AFAD qrupları cəlb edilib.
Yaralılar təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə