- 12:30
İsrail ordusu Livanın cənubunda işğal etdiyi onlarla qəsəbə sakinlərinə yeni xəbərdarlıq edib.
E-huquq.az xarici KİV-ə xəbər verir ki, müvəqqəti atəşkəs dövründə İsrail qoşunları Livanın cənubunda işğal etdikləri şəhərlərdəki mövqelərinə yerləşdirilməyə davam edir.
Bəyanatda məcburi köçkün ailələrinə işğal edilmiş onlarla şəhərə, kəndlərə və ya onların ətraf ərazilərinə köçməmək barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, İsrail ordusu Livana martın 2-də başlayan hücumlarında ölkənin cənubunda onlarla qəsəbəni işğal edərək, sakinlərini məcburi köçkün vəziyyətinə salıb.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsdən sonra məcburi köçkün olan ailələr cənubdakı evlərinə qayıtmağa başlayıb.
Şəbnəm Mehdizadə