- 12:48
Trinidad və Tobaqoda qəbiristanlıqda 50 körpə və 6 yetkin şəxsin cəsədi aşkarlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Trinidad və Tobaqo Polis Xidməti (TTPS) məlumat yayıb.
Bildirilib ki, cəsədlər paytaxt Port of Spain şəhərindən təxminən 40 kilometr aralıda yerləşən Cumuto qəsəbəsində tapılıb.
Polisin məlumatına görə, yetkin şəxslərə aid qalıqlardan dördü kişilərə, ikisi isə qadınlara məxsusdur.
Qeyd edək ki, ölkədə artan zorakılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə martın 2-də elan olunan fövqəladə vəziyyət hələ də qüvvədədir.
Bu qərara əsasən, polisə geniş axtarış və həbs səlahiyyətləri verilib, təhlükəsizlik qüvvələrinin patrul fəaliyyəti isə gücləndirilib.
Şəbnəm Mehdizadə