Hindistanda fabrikdə partlayış olub: 25 nəfər ölüb


  • 11:16

Hindistanın Tamil Nadu ştatında fişəng istehsal edən fabrikdə partlayış olub.

E-huquq.az xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.

Partlayış zamanı zavod binasında təxminən 40 işçi olub.

Məlumata görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub.

Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Faktla bağlı araşdırma başlanıb.

İlkin məlumata görə, partlayışın səbəbi təhlükəsizlik qaydalarının pozulması olub.

Humay Eminqızı

Oxşar xəbərlər