- 13:09
"Rəsmi Tehran ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən ultimatumları qəbul etmir".
E-huquq.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi deyib.
"İran öz milli maraqlarına zidd olan heç bir təzyiq və ya ultimatumu qəbul etmir. ABŞ və ya İsrail tərəfindən hər hansı yeni addım atılarsa, silahlı qüvvələr buna sərt cavab verəcək", - deyə Bəqayi bildirib.
Humay Eminqızı