Hindistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb, 36 nəfər yaralanıb


  • 12:48

Hindistanın Udhampur əyalətində sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Cəmu və Kəşmir ərazisində baş verib.

Hadisə nəticədə 20 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

İlkin ehtimallara görə, qəzaya çətin yol şəraiti və ya nəqliyyat vasitəsinin texniki nasazlığı səbəb olub.

Hadisə yerində xilasetmə işləri davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər