"Titanik"dən sağ çıxan sərnişinin xilasedici jileti 906 min dollara satılıb


  • 13:09

"Titanik" gəmisindən sağ çıxan sərnişinə məxsus xilasedici jilet hərracda 900 min dollardan baha qiymətə satılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, jiletin gəmidən xilasedici qayıqla qaçan birinci dərəcəli sərnişin Laura Mabel Frankatelli tərəfindən istifadə edildiyi və onunla eyni xilasedici qayıqda olanların imzası olduğu bildirilir.

Satışa həmçinin təxminən 527.000 dollara satılan Titanik qayıqlarından birinin oturacaq yastığı da daxil idi.

Hərracçı Andrew Aldridge deyib ki, bu rekord qiymətlər "Titanik" hekayəsinə marağın davam etdiyini və hekayələri əbədiləşdirilən sərnişinlərə və heyətə hörmət olduğunu göstərir.

Qeyd edək ki, "Titanik" xatirə əşyaları üçün indiyə qədər ödənilən ən yüksək qiymət 2024-cü ildə hərracda 700 sağ qalanı xilas edən RMS Carpathia gəmisinin kapitanına hədiyyə edilən qızıl cib saatı olub. Saat təxminən 2 milyon dollara alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər