Ankarada boya fabrikində yanğın: 1 ölü, 2 yaralı


  • 14:43

Türkiyənin Ankara şəhərində boya fabrikində güclü yanğın baş verib.

E-hquuq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Sincan rayonunda yerləşən boya fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə dərhal çoxlu sayda yanğınsöndürən göndərilib.

Hadisə nəticəsində 1 fəhlə öldüyü, 2 fəhlənin isə yaralandığı müəyyən edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bir müddət sonra nəzarətə götürülən yanğın tamamilə söndürülüb.

Ankara valisi Vasip Şahin hadisə yerinə baş çəkib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər