- 17:18
Türkiyənin Hakkari vilayətində güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yağan leysan yağışları torpaq sürüşməsi və daşqınlara səbəb olub.
Yollarda və küçələrdə su yığılıb, Zap çayının məcrası artıb.
Şəhərin girişindəki Sere Solan ərazisində isə torpaq sürüşməsi baş verib, magistral yol nəqliyatın hərəkətinə bağlanıb.
Hakkari-Van avtomobil yolunun Akçalı kəndi yaxınlığındakı hissəsində də sürüşmə səbəbindən nəqliyyatın hərəkəti bağlanıb.
Yüksekovada bəzi evləri su basıb, yollara və küçələrə su yığılıb, bəzi məktəblərin həyətləri su ilə dolub.
Şəbnəm Mehdizadə