- 17:37
Avstriyada supermarketdə satılan uşaq qidasının tərkibində siçan zəhəri aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, oxşar etiketli məhsulların Çexiya və Slovakiyada polis tərəfindən ələ keçirilib və analizlər nəticəsində məhsulda siçan zəhərinin olduğu müəyyənləşib.
Sözügedən qida məhsulunun istehlak edilmədiyi bildirilib.
Polis əhaliyə ayıq olmaq və şübhəli hallar barədə dərhal məlumat verməyə dair çağırış edib.
Bankanın altındakı qırmızı dairə olan ağ etiket, əvvəllər açılmış və ya zədələnmiş qapaq, ilkin açılışda gözlənilən təhlükəsizlik səsinin olmaması, qeyri-adi və ya korlanmış qoxunun olması mühüm göstəricilərdir.
Almaniya şirkəti tərəfindən istehsal olunan məhsullar geri qaytarılıb.
Şəbnəm Mehdizadə