- 17:37
İranın paytaxtı Tehranda yerləşən "Mehrabad" və "İmam Xomeyni" beynəlxalq hava limanları fəaliyyətini bərpa edib.
E-huquq.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Sərnişin uçuşlarının həyata keçirilməsinə 20 aprel 2026-ci il tarixindən icazə verilib.
Bildirilib ki, "Kirmanşah", "Rəşt", "Şiraz", "Yəzd" və "Zahedan" da daxil olmaqla İranın daha 10 şəhərində hava limanları şənbə günü fəaliyyətini bərpa edəcək.
Humay Eminqızı