- 22:05
İran ABŞ hökumətinə güvənmir.
E-huquq.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Öhdəliklərə sadiqlik istənilən dialoqa haqq qazandıran məntiqdir", - o bildirib və əlavə edib ki, İranda ABŞ hökumətinin əvvəlki addımlarına qarşı dərin kök salmış tarixi etimadsızlıqdan əlavə, Amerika rəsmilərinin son günlərdəki qeyri-konstruktiv və ziddiyyətli yanaşması özündə acı bir mesaj daşıyır:
"Onlar İranın təslim olmasını tələb edirlər, İran xalqı isə təzyiqə baş əymir".