Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqladı


  • 20 Aprel 23:44

Türkiyə hakimiyyəti ölkədə odlu silah sahibliyini məhdudlaşdırmaq üçün əlavə hüquqi tədbirlər görəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Onun sözlərinə görə, məktəblərdə baş vermiş son silahlı insidentlərdən sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək və silah sahibləri üçün məsuliyyət artırılacaq.

Ərdoğan qeyd edib ki, Kahramanmaraş və Şanlıurfada baş vermiş hadisələr nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident əlavə edib ki, sosial şəbəkələrdə yayılan saxta məlumatlara qarşı mübarizə gücləndiriləcək, “virtual patrul” genişləndiriləcək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanları artırılacaq.

Oxşar xəbərlər