Koreya Kanadadan neft idxalına tətbiq olunan rüsumu ləğv edəcək


  • 12:03

Koreya Respublikası ilə Kanadanın neft və qazla zəngin Alberta vilayəti arasında aparılan danışıqlar nəticəsində Kanada neftinin Koreyaya rüsumsuz idxalına mane olan bürokratik əngəl aradan qaldırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Gömrük Xidməti məlumat yayıb.

Koreya ilə Kanada arasında azad ticarət sazişi mövcuddur, lakin çox vaxt Alberta mənşəli neftə resursların mənşəyinin sertifikatlaşdırılması ilə bağlı problemlər səbəbindən 3% rüsum tətbiq olunurdu.

Bildirilib ki, kanadalı istehsalçılar nefti limanlara daşınarkən bəzən müxtəlif yataqlardan olan nefti qarışdırır və sənədlərin mürəkkəbliyinə görə sertifikat təqdim etməkdən çəkinirdi.

İndi isə Alberta hakimiyyəti neftin mənşəyinə nəzarəti öz üzərinə götürəcək, Koreya Respublikası isə vilayət tərəfindən verilmiş təsdiqedici sənədləri qəbul edəcək.

“Bu tədbir Yaxın Şərqdəki vəziyyətlə əlaqədar neft tədarükü böhranını yumşaltmaq üçün irəli sürülüb”, - məlumatda bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər