Rusiya səfiri: "Aİ nüvə silahı istehsal edərsə, Rusiya ilə münaqişə riski artacaq"


  • 12:10

Avropa İttifaqının (Aİ) nüvə silahı istehsalı ssenarisinin həyata keçirilməsi Rusiya ilə Avropa arasında birbaşa hərbi toqquşma riskini ciddi şəkildə artırır.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfiri Denis Qonçar TASS-a müsahibəsində bildirib.

“Avropada ABŞ-dən ayrı “nüvə çətiri”nin yaradılması ilə bağlı ideyalar irəli sürülür, xüsusilə də belə bir təşəbbüsün Fransanın himayəsi altında həyata keçirilməsi müzakirə olunur. Bu yaxınlarda isə Aİ rəhbərliyinin öz nüvə silahı potensialını yaratmaqla bağlı gizli danışıqlar apardığı məlum olub. Aydındır ki, belə ssenarilərin həyata keçirilməsi ölkəmizin milli təhlükəsizliyi üçün riskləri xeyli artıracaq və son nəticədə Rusiya ilə Avropa arasında münasibətləri tam çıxılmaz vəziyyətə salacaq, birbaşa hərbi münaqişə perspektivini ciddi şəkildə yaxınlaşdıracaq. Ümid etmək istərdim ki, ağıl qalib gələcək və Avropa ictimaiyyəti öz siyasətçilərinə və hərbçilərinə dağıdıcı planlarını həyata keçirməyə imkan verməyəcək”, - səfir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər