Gürcüstan 60-a yaxın əcnəbini deportasiya edib


  • 12:24

Son günlər Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 56 əcnəbini deportasiya edib.

E-huquq.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.

Gürcüstandan Banqladeş, Qana, Hindistan, İraq, İordaniya, Keniya, Çin, Kuba, Nigeriya, Pakistan, Rusiya, Sudan, Tacikistan, Türkiyə, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları çıxarılıb.

Deportasiya edilənlərin Gürcüstana girişi qadağan edilib.

Bildirilib ki, Gürcüstan son vaxtlar qeyri-qanuni miqrantlarla fəal mübarizə aparır və bu istiqamətdə qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını isə sadələşdirib.

Humay Eminqızı

Oxşar xəbərlər