- 14:10
ABŞ-də İranla müharibəyə etiraz edən 62 amerikalı veteran və hərbçi ailə üzvləri Konqresin ofis binasında keçirilən aksiya zamanı saxlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq müharibəsi iştirakçıları da daxil olmaqla bir neçə qrup amerikalı veteran Konqresin Nümayəndələr Palatasının ofis binasında mitinq keçiriblər.
Onlar binanın rotundasının ortasında dayanaraq ABŞ zərbələri nəticəsində həlak olan iranlılara hörmət əlaməti olaraq əllərində qırmızı lalələr tutublar.
Nümayişçilər müharibə əleyhinə şüarlar səsləndirərək Nümayəndələr Palatasının spikeri Mayk Consonun onlarla görüşməsini və Tehrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsini dayandıracağını vəd etməyi tələb ediblər.
Humay Eminqızı