Kallas: “Aİ Kiyev üçün 90 milyard avro maliyyələşdirmə ilə bağlı mühüm qərarlar qəbul edəcək”


  • 13:09

“Avropa İttifaqı (Aİ) çərşənbə günü Macarıstan və Slovakiyanın blokada etdiyi Kiyevin 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində maliyyələşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul edəcək”.

E-huquq.az xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaja Kallas Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, seçkilərdə məğlub olmasına baxmayaraq, Budapeştin mövqeyi dəyişməyib. Belə ki, Macarıstan Rusiya neftini “Drujba” kəməri ilə almağa başlayana qədər 90 milyard avro ayrılmayacaq.

Humay Eminqızı

Oxşar xəbərlər