- 15:45
Rusiya Prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olan Seyşel adalarının prezidenti Patrik Hermini ilə danışıqlar aparacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar aprelin 22-də Moskvada baş tutacaq.
Bildirilib ki, müzakirələr siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı cari məsələləri, beynəlxalq və regional məsələləri əhatə edəcək.
Humay Eminqızı