- 16:59
Türkiyənin 4 vilayətində DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatında fəaliyyət göstərdiyi müəyyən edilən 25 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Təhlükəsizlik qüvvələri İstanbul, Hatay, Ankara və Kocaelidə 23 ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 19 şübhəli nəzarətə götürülüb, çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
İstanbul Şişli İdil Mədəniyyət Mərkəzində də axtarış aparılıb. Mərkəzdə olan iki nəfər də nəzarətə götürülərək istintaqa cəlb edilib.
Digər dörd şübhəlinin tutulması üçün tədbirlər görülür.
Şəbnəm Mehdizadə