İsrail əsgərləri İsa Məsihin heykəlini dağıdıb


  • 15:34

İsrail əsgərləri Livanın cənubunda İsa Məsihin heykəlini dağıdıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlər Livanın cənubunda yerləşən Debel kəndində İsa peyğəmbərin heykəlini məhv edib.

Sosial mediada yayılan görüntülər xristian dininə qarşı təhqir kimi qəbul edilib.

İsrail ordusu məsələ ilə bağlı məlumat yayıb və əsgərlərin törətdiyi əməli etiraf edib.

Debel kilsəsinin keşişi Fadi Falfel müqəddəs simvolların bu cür təhqir olunmasının qəbuledilməz olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər