İslamabad ABŞ və İran nümayəndə heyətləri arasında görüşə hazırdır


  • 15:43

İslamabad hakimiyyəti Pakistanın paytaxtını ABŞ və İran nümayəndə heyətləri arasında görüş üçün hazırlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri arasındakı danışıqların ikinci raundu üçün çərşənbə axşamı axşam saatlarında paytaxta gəlişi gözlənilir.

Nümayəndə heyyətlərinin gəlişi ilə əlaqədar hökumət binalarının yerləşdiyi Konstitusiya prospektində rəqəmsal məlumat lövhələrində şəhərin görməli yerlərinin təsvirləri və “İslamabada xoş gəlmisiniz” yazısı əks olunub. Mərkəzi küçələr və magistral yollar Pakistan bayraqları ilə bəzədilib.

İrihəcmli yük avtomobillərinin paytaxta girişi qadağan edib, bir neçə əsas yollar bağlanıb. İslamabad və Ravalpindidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Danışıqlar zamanı təhlükəsizliyin təmin edilməsi üçün 18 mindən çox hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunub.

Humay Eminqızı

Oxşar xəbərlər