İranın neft tankeri ABŞ-nin maneələrinə baxmayaraq ərazi sularına çatıb


  • 15:45

İran ordusunun neft tankeri ABŞ-nin blokadasına baxmayaraq təhlükəsiz şəkildə ölkənin ərazi sularına daxil olub.

E-huquq.az xəbər verir ki, İran ordusunun neft tankerinin təhlükəsiz şəkildə ölkəyə çatdığını elan etməsi regional gərginliyi yenidən gündəmə gətirib.

İran bayrağı altında üzən "Sili Siti" neft tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıq və təhdidlərinə baxmayaraq, səfərini davam etdirib. İran Hərbi Dəniz Qüvvələrinin dəstəklədiyi tanker Oman körfəzindən keçərək İranın ərazi sularına çatıb.

Açıqlamada keçidin gecə saatlarında baş verdiyi və əməliyyatın təhlükəsiz şəkildə tamamlandığı vurğulanıb. Tanker daha sonra İranın cənubundakı limana yanaşdı. Məlumdur ki, ABŞ Fars və Oman körfəzindəki İran limanlarına daxil olan və çıxan gəmilərin blokadasını davam etdirir. Vaşinqton administrasiyası bu tədbiri Tehrana təzyiq göstərmək üçün həyata keçirir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, regionda dəniz nəqliyyatının blokadası İranla razılaşma əldə olunana qədər davam edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər