İndoneziyada vulkan püskürdü


  • 15:59

İndoneziyanın Halmahera adasında yerləşən Dukono vulkanı azı 3 dəfə püskürüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmə zamanı vulkan külü kraterdən 2000 metr yüksəkliyə qalxıb.

Yerli hakimiyyət sakinlərə və turistlərə vulkanın kraterinə 4 kilometr radiusda yaxınlaşmağı qadağan edib və tənəffüs sistemini vulkanik küldən qorumaq üçün maska taxmağı tövsiyə edib.

Qeyd edək ki, İndoneziyada ümumilikdə 500-dən çox vulkan var ki, onlardan 130-a yaxını aktivdir.

Humay Eminqızı

Oxşar xəbərlər