- 16:59
ABŞ/İsrail-İran münaqişəsi Fransa iqtisadiyyatına 4-6 milyard avro arasında ziyan vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Roland Lescure məlumat verib.
Nazir bildirib ki, Yaxın Şərqdə artan ABŞ/İsrail-İran gərginliyi qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olmaqla yanaşı Avropa iqtisadiyyatlarına mənfi təsir etdir.
Nazir Hörmüz boğazındakı gərginlik və neft təchizatındakı qeyri-müəyyənlik nəticəsində yaranan enerji böhranının ölkəyə 4-6 milyard avroya başa gəldiyini bildirib. Lescure, yanacaq qiymətlərindəki artımın trayektoriyasının və iqtisadi təsirinin dövlət maliyyəsinə ciddi təzyiq etdiyini bildirib.
Fransalı nazirin sözlərinə görə, mövcud vəziyyət elektriklə işləyən avtomobil infrastrukturuna keçid üçün fürsətə çevrilə bilər. Bu kontekstdə o, 2035-ci ilə qədər ölkədə elektrikli avtomobil doldurma stansiyalarının sayını 1,7 milyona çatdırmağı hədəflədiyini açıqlayıb.
Şəbnəm Mehdizadə