Almaniyada sənaye istehsalı kəskin azalıb


  • 16:09

Almaniyada sənaye istehsalı kəskin azalıb.

E-huquq.az xarici KİV-ə istinadən bildirir ki, Almaniya Sənaye Federasiyasının prezidenti Peter Leibinger bunu açıqlayıb.

Leibinger İrandakı müharibə və digər qlobal böhranların Almaniya iqtisadiyyatına əlavə təzyiq göstərdiyini vurğulayıb və hökuməti təcili islahatlara çağırıb.

O, sənaye istehsalının 2022-ci ildən bəri hər il azaldığını vurğulayıb.

Leibinger Almaniya iqtisadiyyatındakı zəifliyin yalnız geosiyasi böhranlardan deyil, həm də struktur problemlərindən qaynaqlandığını söyləyib. Onun sözlərinə görə, yüksək işçi qüvvəsi xərcləri, ağır vergi yükləri, bürokratiya və yüksək enerji qiymətləri ölkənin rəqabət qabiliyyətini zəiflədir.

O, dövlətin hər böhranı vergi ödəyicilərinin resursları ilə həll edə bilməyəcəyini qeyd edərək, vergilərin azaldılmasını, investisiyaların təşviqini və bürokratiyanın yüngülləşdirilməsini tələb edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər