- 16:59
İran atəşkəs başa çatdıqdan sonra hərbi əməliyyatların bərpa olunacağı təqdirdə ABŞ və İsrail üçün “yeni sürpriz”lər hazırlayıb
E-huquq.az xəbər veriri ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Razılaşdırılmış atəşkəsin son saatları yaxınlaşdıqca və həddindən artıq tələblər və amerikalıların dəniz blokadası elanı danışıqların bərpasına mane olduğunu nəzərə alsaq, İran mümkün yeni müharibənin başlanmasına tam hazırdır və hərbi əməliyyatların mümkün yeni mərhələsi üçün “yeni sürpriz”lər hazırlayıb”, - məlumatda deyilir.
Mənbələrin bildirdiyinə görə, İran son iki həftə ərzində ardıcıl olaraq müharibə ehtimalını yüksək hesab edib və buna görə də bəzi hərbi hərəkətlər həyata keçirib və yeni hədəf siyahısı hazırlayıb.
Qeyd olunur ki, İslam Respublikası mümkün müharibənin ilk saniyələrindən amerikalılar və israillilər üçün vəziyyəti cəhənnəmə çevirməyə hazırdır.
Humay Eminqızı