Tramp ABŞ-ın İranın nüvə obyektlərinin hər qarışını kameralarla izlədiyini iddia edib


  • 18:49

ABŞ Kosmik Qüvvələrinin kameraları İranın zərbə endirilmiş nüvə obyektlərinin hər qarışına nəzarət edir.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O iddia edib ki, həmin zərbələr nəticəsində İranın nüvə obyektləri tamamilə məhv edilib və “nüvə tozu” səviyyəsinə endirilib.

“Midnight Hammer” əməliyyatı nüvə obyektlərini o dərəcədə məhv edib ki, qaniçən İran ora nə yaxınlaşa bilir, nə də onları qazıb çıxara bilir. ABŞ-ın Kosmik Qüvvələri keçən ilin iyun ayında bu qədər uğurla vurulan üç obyektin hər qarışını kameralarla izləyir”, - Tramp vurğulayıb.

Qeyd edək ki, “Midnight Hammer” əməliyyatı zamanı ötən ilin 21-22 iyun tarixlərində ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib.

Oxşar xəbərlər