- 11:47
Türkiyənin Sivas vilayətində minik avtomobili 2 mağazaya çırpılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sivasın Sığırcı küçəsində sürücü idarəetməni itirərək yol kənarındakı 2 mağazaya çırpılıb.
Hadisə yerinə tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.
Qəza nəticəsində sürücü xəsarət almayıb, lakin hər iki müəssisəyə ziyan dəyib.
Şəbnəm Mehdizadə