İsrail ordusu Livanda işğal etdiyi ərazilərdə evləri sökür


  • 10:49

İsrail ordusu müvəqqəti atəşkəsə baxmayaraq Livanda işğal etdiyi ərazilərdə evləri sökməyə davam edir.

E-huquq.az Livanın rəsmi xəbər agentliyi NNA-a istinadən xəbər verir ki, İsrail qüvvələri Ayta Şaab və Bayyada qəsəbələrində evləri və iş yerlərini dağıdıb.

İsrail ordusu Şakra və Hula qəsəbələri ətrafında artilleriya hücumları təşkil etdiyini açıqlayıb.

Açıqlamada Livanda işğal edilən ərazilərdə söküntülərin davam etdiriləcəyi qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər