İran Oman körfəzində konteyner gəmisinə atəş açıb


  • 11:03

İran ordusu Oman körfəzində konteyner gəmisini atəşə tutub.

E-huquq.az İranın "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, İran qüvvələri Oman körfəzində xəbərdarlıqlara məhəl qoymadıqları üçün konteyner gəmisinə atəş açıb.

İngiltərə Dəniz Ticarət Təşkilatından verilən yazılı açıqlamada məlumat təsdiqlənib.

Açıqlamada ekipajın xəsarət almadığı, lakin atışma nəticəsində gəminin əhəmiyyətli dərəcədə zərər gördüyü vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər