- 11:47
ABŞ prezidenti Donald Tramp İranın maliyyə cəhətdən çökdüyünü iddia edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında İranın maliyyə cəhətdən çökdüyünü və və buna görə Hörmüz boğazının dərhal açılmasını istədiklərini iddia edib.
O, İranın nağd pul çatışmazlığı yaşadığını və Hörmüz boğazının bağlanması səbəbindən gündə 500 milyon dollar itirdiyini iddia edib.
"İranda əsgərlər və polislər maaşlarını ala bilmədiklərindən şikayət edirlər" - deyə Tramp qeyd edib.
Şəbnəm Mehdizadə