Müharibə Fars körfəzində böyük neft sızıntılarına səbəb olub


  • 11:30

ABŞ və İsrailin İrana hücumlarından sonra Fras körfəzində neft sızıntıları baş verib.

E-huquq.az xəbər verir ki, İran və ABŞ-İsrail ittifaqı arasındakı münaqişə zamanı neft obyektlərinə və gəmilərə edilən hücumlar Fars körfəzində hətta kosmosdan da görünən böyük neft sızıntılarına səbəb olub.

Avropa Kosmik Agentliyinin Sentinel-1 peyki tərəfindən çəkilən görüntülər dağıntının miqyasını və bölgədəki ekosistemə dəyən ziyanı ortaya qoyur.

Aprelin 7-də peykdən çəkilmiş görüntü İranın Qeşm adası yaxınlığındakı Hörmüz boğazında səkkiz kilometrdən çox neft sızıntısı aşkar edib.

Fevralın 28-də ABŞ qüvvələrinin hücumuna məruz qalan İran tankeri də eyni bölgəyə sızıb.

Digər kritik nöqtə Lavan adasıdır. İran dövlət mediasının məlumatına görə, adanın yaxınlığındakı neft obyektinə edilən hücumdan sonra bölgədə ciddi sızma baş verib.

Neft emalı zavodunda güclü yanğın baş verib. Mütəxəssislər vəziyyəti ekoloji fövqəladə vəziyyət kimi qiymətləndiriblər.

Hazırda körfəzdə ümumilikdə təxminən 19 milyard litr xam neft daşıyan 75 iri neft tankeri var.

Neft dağılmalarının təmizlənməsi istənilən şəraitdə çətin olsa da, regionda davam edən münaqişə təmizləmə səylərini demək olar ki, qeyri-mümkün edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər