- 11:30
ABŞ dəniz blokadasına son qoyacağı təqdirdə Pakistanda danışıqlar keçirilə bilər.
E-huquq.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
ABŞ-ın atəşkəs razılaşmasını pozduğunu bildirən İrəvani deyib:
"Biz onlara blokadanı qaldırmalı olduqlarını söylədik. Onlardan blokadanı dayandıracaqlarına dair işarələr aldıq. Beləliklə, İslamabadda danışıqların ikinci mərhələsi baş tuta bilər".
Qeyd edək ki, İrana dəniz blokadası tətbiq edən ABŞ İranın iki ticarət gəmisinə hücum edərək ələ keçirib.
Şəbnəm Mehdizadə