Türkiyədə 9 nəfəri öldürən yeniyetmənin anası da həbs edildi


  • 16:11

Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücum edən İsa Aras Mersinlinin anası həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

O ananın oğlunun psixoloji vəziyyətini nəzərə almadığını, valideynlik məsuliyyəinə etinasız yanaşdığını və bununla da cinayətin törədilməsinə səbəb olduğunu söyləyib.

"Valideynlərimizdən bir xahişim var, lütfən, uşaqlarınıza diqqət edin. Təəssüf ki, uşaqlarımız sosial şəbəkələrdə, oyunlarda çox vaxt keçirirlər. Lakin onları daim nəzarətdə saxlamaq lazımdır" - deyə nazir vurğulayıb.

Qeyd edək ki, istintaq çərçivəsində hücumçunun atası Uğur Mersinli aprelin 16-da həbs edilib, anası Peyman Pınar Mersinli isə sərbəst buraxılıb.

Pınar Mersinli haqqında yenidən həbs qərarı çıxarılıb.

O, ehtiyatsızlıqdan ölümə səbəb olmaq ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər