Avropa çempionu keçmiş ərini öldürməkdə şübhəli bilinir


  • 16:24

Bodibildinq və fitnes üzrə Avropa çempionu Yustina Qayqalayte keçmiş həyat yoldaşı feldşer Mantas Sadauskasın qətlində şübhəli bilinərək saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Delfi" portalı məlumat yayıb.

31 yaşlı Sadauskasın cəsədi çərşənbə axşamı Mileşkunay kəndində bir malikanədə batuta bükülərək torpağa basdırılmış vəziyyətdə aşkar edilib.

İş üzrə daha iki kişi şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, Sadauskas bazar ertəsi səhər bir qohumuna kənddə yerləşən Palyukay uşaq bağçasına batut apardığını bildirib. Günortadan sonra isə geri qayıtmadığından yaxınları polisə müraciət edib. Araşdırmalarla məlum olub ki, Palyukayda heç kim batut sifariş etməyib.

Qeyd edək ki, cütlük arasında boşanma prosesi hələ davam edirdi və onların iki əkiz övladı var idi. Hələ qüvvəyə minməmiş məhkəmə qərarına əsasən, uşaqlar ataları ilə yaşamalı idi.

Humay Eminqızı

Oxşar xəbərlər