Anbarda başlayan güclü yanğın evlərə keçdi


  • 16:30

Türkiyənin Samsun şəhərində anbarda güclü yanğın baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Samsunun İlkadım rayonunda plastik materialların olduğu anbarda güclü yanğın başlayıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Yanğın iki bitişik yaşayış evinə də keçib.

Təxminən 2,5 saatlıq işdən sonra nəzarət altına alınan yanğın tam söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər