- 17:15
Hörmüz boğazında üç konteyner gəmisi silahlı şəxslərin hücumuna məruz qalıb.
E-huquq.az xarici İV-ə istinadən xəbər verir ki, dəniz təhlükəsizliyi mənbələri və Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) itkilərin olmadığını bildirib.
Liberiya bayrağı altında üzən gəmiyə Omanın şimal-şərqində açılan atəş və raket hücumları nəticəsində ziyan vurub. Gəminin kapitanı hücumdan əvvəl İran İnqilab Keşikçiləri Korpusuna məxsus qayığın onlara yaxınlaşdığını bildirib.
İkinci gəminin İranın təxminən 8 dəniz mili qərbində atəşə tutulduğu bildirilib. Hücum zamanı gəmiyə ziyan dəyməyib.
Şəbnəm Mehdizadə