Cənubi Koreyada 5 il əvvəl baş verən təyyarə qəzasının əsl səbəbi üzə çıxdı


  • 16:41

Cənubi Koreyada 2021-ci ildə iki döyüş təyyarəsinin havada toqquşması ilə bağlı araşdırma aparılıb.

E-huquq.az xəbər verir ki, Seul Müşahidə Şurasının yaydığı hesabata görə qəzaya pilotların şəxsi telefonlarla çəkiliş etməyə çalışması səbəb olub.

Belə ki, pilot öz bölməsi ilə son uçuşunu əbədiləşdirmək üçün fotoşəkillər çəkmək istəyib.

Uçuş zamanı pilot daha yaxşı görünüş əldə etmək üçün qəflətən təyyarəsini tərsinə çevirərək təyyarələrin təhlükəli şəkildə bir-birinə yaxınlaşmasına səbəb olub.

Daequ şəhəri üzərində uçuş edən iki F-15K təyyarəsi təhlükəli şəkildə bir-birinə yaxınlaşıb.

Təyyarələrdən biri toqquşmadan qaçmaq üçün sürətlə enməyə cəhd etsə də, mümkün olmayıb. Bir təyyarənin qanadına, digərinin isə quyruq stabilizatoruna ziyan dəyib.

Hadisə zamanı xəsarət olmasa da, təyyarələrə ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər