Avstraliya hökuməti məşhur oyun platformalarına xəbərdarlıq edib


  • 16:50

Avstraliya hökuməti "Roblox", "Minecraft", "Fortnite" və "Steam" kimi məşhur oyun platformalarından onlayn təhlükəsizlik təhdidləri ilə bağlı şəffaflıq tələb edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "eTəhlükəsizlik" Komissiyası açıqlama yayıb.

Bildirilib ki, bu tədbir onlayn təhdidlərin artması ilə əlaqədar həyata keçirilib.

Şirkətlərə göndərilən xəbərdarlıqlarda onlayn zorakılıq, nifrət nitqi və digər rəqəmsal sui-istifadə hallarının aşkar edilməsi, qarşısının alınması və cavab verilməsi ilə bağlı şəffaflıq bəyanatı təqdim edilməsinə dair xəbərdarlıq edilib.

Avstraliya e-Təhlükəsizlik Komissarı Julie Inman Grant bu platformaların uşaqlar və cinayətkarlar arasında ilk əlaqə nöqtəsi ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Avstraliyada 16 yaşından kiçik şəxslərin sosial media platformalarına girişi 2025-ci ildən etibarən qadağan olunub.

"Instagram", "Facebook", "TikTok", "YouTube" və digər məşhur platformalarla yanaşı 10 fərqli sosial şəbəkə üzrə yaş məhdudiyyəti tətbiq ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər